Topaz Premyer Liqasının XXIV turunun təyinatları açıqlanıb. Sabah start götürəcək turun qarşılaşmalarını idarə edəcək hakimlər, hakim-inspektorlar və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin “Neftçi” ilə səfər oyununu İnqilab Məmmədov idarə edəcək. Aprelin 22-də keçiriləcək qarşılaşmada onun köməkçiləri Rza Məmmədovla Vaqif Musayev olacaq. Əliyar Ağayev isə matçın dördüncü hakimi funksiyasını yerinə yetirəcək. Oyunda Xaqani Məmmədov hakim-inspektor, Ramiz Mustafayev AFFA nümayəndəsi olacaq.
Xatırladaq ki, aprelin 22-də baş tutacaq görüş “Bakcell Arena”da keçiriləcək. Matç saat 19:00-da başlayacaq.
Topaz Premyer Liqası
XXIV tur
22 aprel (bazar)
19:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Vaqif Musayev, Əliyar Ağayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. “Bakcell Arena” stadionu