Topaz Premyer Liqasının II turunun təyinatları açıqlanıb. Sabah start götürəcək turun oyunlarını idarə edəcək hakimlər, onların işinə qiymət verəcək hakim-inspektorlar, həmçinin AFFA nümayəndələri müəyyənləşib. Səfərdə “Neftçi” ilə qarşılaşacaq “Qəbələ”nin matçını Rəhim Həsənov idarə edəcək. FİFA referisinin köməkçiləri Yaşar Abbasovla Akif Əmirəli olacaqlar. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Ömər Paşayev yerinə yetirəcək. “Dalğa Arena”da keçiriləcək oyuna hakim-inspektor kimi Rövşən Əhmədov, AFFA nümayəndəsi kimi isə Elbrus Abbasov təyinat alıblar.
Xatırladaq ki, “Neftçi” - “Qəbələ” matçı saat 18:30-da başlayacaq.
Topaz Premyer Liqası
II tur
19 avqust (bazar)
18:30. “Neftçi” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Rövşən Əhmədov
“Dalğa Arena”