Topaz Premyer Liqasının XXI turunun bütün təyinatları açıqlanıb. Martın 15-də keçiriləcək oyunların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin III dövrədəki son matçının təyinatları da bəlli olub. “Qırmızı-qaralar”ın “Neftçi” ilə səfər oyununu Səbuhi Bayramov idarə edəcək. “Bakcell Arena”da keçiriləcək oyunun yan xətt hakimləri Yaşar Abbasovla Müslüm Əliyev, dördüncü hakimi Etibar Həsənov olacaq. Matçda hakim-inspektor vəzifəsini Anar Salmanov, AFFA nümayəndəsi funksiyasını Seymur Səlimli yerinə yetirəcək.
Xatırladaq ki, martın 15-də keçiriləcək “Neftçi” – “Qəbələ” oyunu saat 19:00-da başlayacaq.
Topaz Premyer Liqası
XXI tur
15 mart (cümə)
19:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Etibar Həsənov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bakcell Arena”