Azərbaycan Premyer Liqasında XII turun oyunları üçün bütün təyinatlar açıqlanıb. Noyabrın 22-24-də keçiriləcək matçların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Turun son günündə baş tutacaq “Neftçi” – “Qəbələ” görüşünün ədalət təmsilçiləri də bəlli olub. Bakıda keçiriləcək oyunu Kamal Umudlu idarə edəcək. “Bakcell Arena”dakı matçda onun köməkçiləri Mübariz Haşımovla Cavanşir Yusifov olacaq. Dördüncü hakim funksiyasını Nicat İsmayıllı yerinə yetirəcək. Qarşılaşmanın hakim-inspektoru Asim Xudiyev, AFFA nümayəndəsi Seymur Səlimli olacaq.
Xatırladaq ki, noyabrın 24-də “Bakcell Arena”da baş tutacaq “Neftçi” – “Qəbələ” matçı saat 17:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası
XII tur
24 noyabr (bazar)
17:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Nicat İsmayıllı
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bakcell Arena”