Azərbaycan Premyer Liqasında IV turun oyunları üçün bütün təyinatlar açıqlanıb. Sentyabrın 25-27-də keçiriləcək matçların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Turun son günündə baş tutacaq “Neftçi” – “Qəbələ” görüşünün ədalət təmsilçiləri də bəlli olub. Bakıda keçiriləcək oyunu Rəhim Həsənov idarə edəcək. “Dalğa Arena”dakı matçda onun köməkçiləri Namiq Hüseynov və Eyyub İbrahimov olacaq. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Qarşılaşmanın hakim-inspektoru İmanxan Sultani, AFFA nümayəndəsi Aslan Şahgəldiyev olacaq.
Xatırladaq ki, sentyabrın 27-də “Dalğa Arena”da baş tutacaq “Neftçi” – “Qəbələ” matçı saat 19:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası
IV tur
27 sentyabr (bazar)
19:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Dalğa Arena”