«Neftçi» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 19 Fevral 2021 | 12:55194
«Neftçi» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasında XVI turun ikinci gününün oyunları üçün bütün təyinatlar açıqlanıb. Fevralın 20-də keçiriləcək matçların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Turun son qarşılaşması olacaq “Neftçi” – “Qəbələ” görüşünün ədalət təmsilçiləri də bilinib. Bakıda keçiriləcək oyunu İnqilab Məmmədov idarə edəcək. “Bakcell Arena”dakı matçda onun köməkçiləri Pərvin Talıbovla Nahid Əliyev olacaq. Dördüncü hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək. Qarşılaşmanın hakim-inspektoru Anar Salmanov, AFFA nümayəndəsi Elgiz Abbasov olacaq.

Xatırladaq ki, fevralın 20-də “Bakcell Arena”da baş tutacaq “Neftçi” – “Qəbələ” matçı saat 18:00-da başlayacaq.

 

Azərbaycan Premyer Liqası

XVI tur

20 fevral (şənbə)

18:00. “Neftçi” –“ Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Səbuhi Bayramov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Bakcell Arena”