«Neftçi» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 14 Avqust 2021 | 17:55182
«Neftçi» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün I turunun ikinci gününün oyunları üçün bütün təyinatlar açıqlanıb. Avqustun 15-də keçiriləcək matçların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Turun son qarşılaşması olacaq “Neftçi” – “Qəbələ” görüşünün ədalət təmsilçiləri də bilinib. Bakıda keçiriləcək oyunu Elçin Məsiyev idarə edəcək. “Bakcell Arena”dakı matçda onun köməkçiləri Elşad Abdullayevlə Cəmil Quliyev olacaq. Dördüncü hakim funksiyasını Əliyar Ağayev

yerinə yetirəcək. Qarşılaşmanın hakim-inspektoru Anar Salmanov, AFFA nümayəndəsi Seymur Səlimli olacaq.

Xatırladaq ki, avqustun 15-də “Bakcell Arena”da baş tutacaq “Neftçi” – “Qəbələ” matçı saat 20:00-da başlayacaq.

 

Azərbaycan Premyer Liqası

I tur

15 avqust

20:00. “Neftçi” –“ Qəbələ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Əliyar Ağayev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Seymur Səlimli

“Bakcell Arena”