Azərbaycan Premyer Liqasında XX turun bütün təyinatları açıqlanıb. Martın 18-19-da keçiriləcək matçların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Turun ilk günündə baş tutacaq “Neftçi” – “Qəbələ” görüşünün ədalət təmsilçiləri də bilinib. Bakıda keçiriləcək oyunu Elçin Məsiyev idarə edəcək. “Bakcell Arena”dakı matçda onun köməkçiləri Elşad Abdullayevlə Pərvin Talıbov olacaq. Dördüncü hakim funksiyasını Rauf Allahverdiyev yerinə yetirəcək.
Xatırladaq ki, martın 18-də “Bakcell Arena”da baş tutacaq “Neftçi” – “Qəbələ” matçı saat 19:37-də başlayacaq.
Azərbaycan Premyer Liqası
XX tur
18 mart (cümə)
19:37. “Neftçi” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bakcell Arena”