Misli Premyer Liqasında XIV turun bütün təyinatları açıqlanıb. Noyabrın 11-13-də keçiriləcək matçların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Turun ikinci günündə baş tutacaq “Neftçi” – “Qəbələ” görüşünün ədalət təmsilçiləri də bilinib. Bakıda keçiriləcək oyunu Nicat İsmayıllı idarə edəcək. “Bakcell Arena”dakı matçda onun köməkçiləri Namiq Hüseynovla Rəhman İmami olacaq. Dördüncü hakim funksiyasını Rövşən Rəcəbov yerinə yetirəcək.
Xatırladaq ki, noyabrın 12-də “Bakcell Arena”da baş tutacaq “Neftçi” – “Qəbələ” matçı saat 18:30-da başlayacaq.
Misli Premyer Liqası
XIV tur
12 noyabr (şənbə)
18:30. “Neftçi” – “Qəbələ”
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Rəhman İmami, Rövşən Rəcəbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bakcell Arena”