Misli Premyer Liqasında XXX turun bütün təyinatları açıqlanıb. Aprelin 14-16-da keçiriləcək matçların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Turun ilk günündə baş tutacaq “Neftçi” – “Qəbələ” görüşünün ədalət təmsilçiləri də bilinib. Bakıda keçiriləcək oyunu Kamranbəy Rəhimov idarə edəcək. “Bakcell Arena”dakı matçda onun köməkçiləri Akif Əmirəli və Şirmamed Mamedov olacaq. Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək.
Xatırladaq ki, aprelin 14-də “Bakcell Arena”da baş tutacaq “Neftçi” – “Qəbələ” matçı saat 20:00-da başlayacaq.
Misli Premyer Liqası
XXX tur
14 aprel (cümə)
20:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Şirmamed Mamedov, Rəşad Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Bakcell Arena”