«Neftçi» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 24 Avqust 2023 | 16:401654
«Neftçi» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında IV turun təyinatları açıqlanıb. Avqustun 25-27-də keçiriləcək matçların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Turun son günündə baş tutacaq “Neftçi” – “Qəbələ” görüşünün ədalət təmsilçiləri də bilinib. Bakıda keçiriləcək oyunu Rəşad Əhmədov idarə edəcək.

Xatırladaq ki, avqustun 27-də “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Qəbələ” matçı saat 18:30-da başlayacaq.

 

Misli Premyer Liqası

IV tur

27 avqust (bazar)

18:30. “Neftçi” – “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf Allahverdiyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Bəhram Qurbanov
"Neftçi Arena"