Misli Premyer Liqasında XIX turun təyinatları açıqlanıb.
Turun son günündə keçiriləcək “Neftçi” – “Qəbələ” oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Kərim Zeynalov kömək edəcəklər.
Əkbər Əhmədov dördüncü hakim, Cavid Cəlilov VAR, Elvin Bayramov AVAR funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın hakim-inspektoru Ceyhun Haşımov, AFFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.
Qeyd edək ki, fevralın 10-da “Palms Sports Arena”da keçiriləcək matç saat 19:00-da başlayacaq.