Azərbaycan Premyer Liqasında XVI turun oyun cədvəli açıqlanıb. Fevralın 19-20-də baş tutacaq matçların vaxtı və yeri müəyyənləşib. “Qəbələ” turun ikinci oyun günündə “Neftçi” ilə qarşılaşacaq. Bakıdakı “Bakcell Arena”da keçiriləcək görüş saat 18:00-da başlayacaq. Matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan Premyer Liqası
XVI tur
20 fevral (şənbə)
18:00. “Neftçi” – “Qəbələ”
“Bakcell Arena”