«Neftçi» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 3 Avqust 2021 | 20:23164
«Neftçi» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi

Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün ilk turunun oyun cədvəli açıqlanıb. Avqustun 14-15-də baş tutacaq matçların vaxtı və yeri müəyyənləşib. “Qəbələ” turun ikinci oyun günündə “Neftçi” ilə qarşılaşacaq. Bakıdakı “Bakcell Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq. Matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

 

Azərbaycan Premyer Liqası

I tur

15 avqust (bazar)

20:00. “Neftçi” – “Qəbələ”

“Bakcell Arena”