Topaz Premyer Liqasının XXI turunun oyun cədvəli açıqlanıb. III dövrənin son turunun qarşılaşmaları martın 15-də baş tutacaq. “Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsindəki son görüşündə “Neftçi” ilə üz-üzə gələcək. “Qırmızı-qaralar”ın səfər matçı saat 19:00-da başlayacaq. “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq görüş “Bakcell Arena” stadionunda keçiriləcək.
Topaz Premyer Liqası
XXI tur
15 mart (cümə)
19:00. “Neftçi” – “Qəbələ”
“Bakcell Arena”