03 noyabr 2012. Saat 15:00. Qəbələ şəhər stadionu. 1100 tamaşaçı
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Vaqif Musayev, İlham Əliyev
Dördüncu hakim: Teymur Fərhadov
AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Asim Xudiyev
Sarı vərəqələr: Aleksandr Çertoqanov, 27 (qeyri-idman hərəkəti); Daniel Lopes Kruz, 37 (qeyri-idman hərəkəti); Ürfan Abbasov, 90+2 (vaxtı uzatdığına görə) // Elvin Yunuszadə, 10 (qeyri-idman hərəkəti); Mahir Şükürov, dəq.35 (qeyri-idman hərəkəti); Erik Ramos, 66 (qeyri-idman hərəkəti)
Qollar: Lourival Assis, 31; Luis Paulo Hilario, 89 // Nikolas Kanales, 32
İstifadə olunmamış penalti: Bruno da Silva, 90+2
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
Premyer Liqanın XII turunda - cari mövsümün ikinci dövrəsinin startında "Qəbələ" doğma meydançada "Neftçi"ni qəbul etdi. Son iki Qəbələ səfərində məğlub olan paytaxt təmsilçisi bu matçda tilsimi qırmağı hədəfləyirdi. Ötən turda "Qarabağ"ı məğlub edən "Qəbələ" isə qələbə qazanmaqla çempionatdakı iddiasını sürdürmək uğrunda mübarizə aparacaqdı.
Matç tərəflərin kəşfiyyat xarakterli hücumları ilə start götürdü. Tədricən üstünlüyü ələ keçirən "Qəbələ" qarşılaşmanın əvvəlində hesabı aça bilərdi. Lakin Assisin ideal ötürməsindən sonra qapıçı ilə üz-üzə qalan Kamanan qapıçı səddini aşa bilmədi. Hücumlarının kəsərini artıran meydan sahibləri görüşün 31-ci dəqiqəsində hesabı açdılar. Lorival Assis dəqiq zərbə ilə baxımlı qola imza atdı - 1:0. Lakin "Qəbələ"nin qol sevinci cəmi bir dəqiqə sürdü. "Qırmızı-qaralar"ın arxa xəttinin ani diqqətsizliyi "Neftçi"nin hesabı bərabərləşdirməsi ilə nəticələndi. Kanales fərqləndi və ilk hissənin hesabını müəyyənləşdirdi - 1:1.
İkinci hissə də "Qəbələ"nin diktəsi ilə keçdi. Mendinin meydançaya çıxmasından sonra hücum xəttində biraz daha fəallaşan meydan sahibləri hissə ərzində bir neçə qol epizodu yaratsalar da, qol yalnız əsas vaxtın tamamlanmasına bir dəqiqə qalmış gəldi. Dodo Rəşad Abdullayevin sağ cinahdan ötürməsindən sonra rəqib müdafiəsindən qayıdan topu birbaşa qüvvətli zərbə ilə tora göndərdi - 2:1. Matçın son yaddaqalan hadisəsi isə əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə baş verdi. Bir neçə müdafiəçini arxada qoyaraq sağ cinahdan cərimə meydançasına daxil olan Mendinin qarşısı kobudluqla alındı və hakim tərəddüd etmədən 11 metrlik nöqtəni göstərdi. Topa yaxınlaşan Bruno da Silvanın zərbəsi qeyri-dəqiq alındı. Buna baxmayaraq, "Qəbələ" 3 xalı aktivinə yazmağı bacardı və ardıcıl ikinci qələbəsini qazanmaqla çempionatdakı iddiasını sürdürdü. "Neftçi" isə ardıcıl 3-cü Qəbələ səfərindən də əliboş döndü.
“Qəbələ”
30. Anar Nəzirov
22. Lourival Rodriqes
10. Luis Paulo Hilario
11. Yannik Kamanan
(9. Viktor Mendi, dəq.69)
15. Umar Kalabane
18. Aleksandr Çertoqanov
8. Bruno Da Silva
(7. Yaşar Abuzərov, dəq.90+2)
26. Daniel Lopes Kruz
(88. Nodar Məmmədov, dəq.72)
27. Rəşad Abdullayev (k)
84. Dejan Kelhar
34. Ürfan Abbasov
Ehtiyat oyunçular:
25. Dieqo Kosta Silva
21. Elmar Baxşıyev
23. Şəhriyar Xəlilov
35. Tərzin Cahangirov
Baş məşqçi: Ramiz Məmmədov
“Neftçi”
30. Saşa Stamenkoviç
4. Tərlan Quliyev
6. Rəşad Sadiqov (k)
5. İqor Mitreski
9. Flavio Aleks Valensio
10. Julius Vobay
(17. Araz Abdullayev, dəq.70)
11. Nikolas Kanales
15. Erik Ramos
22. Mahir Şükürov
28. Emin Mehdiyev
(21. Kamil Nurəhmədov, dəq.83)
32. Elvin Yunuszadə
Ehtiyat oyunçular:
12. Emil Balayev
3. Saşa Yunisoğlu
7. Rodrigo Sezar Kastro
8. Elşən Abdullayev
19. Mirhüseyn Seyidov
Baş məşqçi: Böyükağa Hacıyev
Böyükağa Hacıyev: “Avroliqa oyunlarından sonra komandada yorğunluq hiss olunmaqdadır. Julius Vobaya müəyyən qədər istirahət versəm də, yorğun olduğu hələ də görünür. Onun əvəzinə meydana daxil Araz Abdullayev isə yenə də mən istədiyim kimi oynamır. Müdafiə xəttində çıxış edən futbolçulardan narazıyam, xüsusən də Elvin Yunuszadə verdiyim tapşırıqları yerinə yetirmədi. Artıq əsas fikrimizi “Rubin”lə oyuna yönəldəcəyik”.
Ramiz Məmmədov: “Oyunu şərh etməyə ehtiyac yoxdur, hər şey göz qabağındadır. Komanda verilən tapşırıqları sona kimi yerinə yetirdi. Oyun intizamı da pozulmadı, komanda son dəqiqələrə qədər mübarizə apardı. Yolumuza yavaş-yavaş davam edirik. Bu uğurların ardının gələcəyinə inanıram”.