“Neftçi”yə qarşı 3-cü “altılıq” oyunu
Xəbərlər / 9 Mart 2012 | 08:49299
“Neftçi”yə qarşı 3-cü “altılıq” oyunu

Unibank Premyer Liqasının final mərhələsinin ilk oyununda “Neftçi”ni qəbul edəcək “Qəbələ” tarixində 15-ci dəfə bu komanda ilə üz-üzə gələcək. Arxada qalan 14 oyunda “Neftçi” 7, “Qəbələ” 3 qələbə qazanıb, 4 dəfə isə komandalar hərəyə 1 xal qazanıblar. Top fərqi də bakılıların xeyrinədir - 20:9. Bu matçların da hamısı Premyer Liqa çərçivəsində olub. 

“Neftçi”nin ümumi balansdakı üstünlüyünə baxmayaraq son oyunların nəticələri “Qəbələ”ni ev oyununun favoriti edir. Belə ki, rəqiblərin son qarşılaşmasında məhz “Qəbələ”, öz meydanında qələbə qazanıb. Üstəlik tərəflər arasında son 3 matçda meydan sahibləri uduzmur, hətta qol da buraxmır. Qəbələdə baş tutan son 4 görüşdə isə meydan sahibləri 2 qələbə qazanıb. 1 heç-heçə edib və yalnız 1 dəfə uduzub.

Bundan başqa indiyədək komandalar arasında baş tutan final mərhələsi oyunlarında “Neftçi” qələbəyə həsrətdir. 2009/10 mövsümünün ilk “altılığ”ının oyunlarında “Qəbələ” Bakıda qalib gəlib (2:1), öz meydanında 1 xalla kifayətlənmişdi – 0:0. Bu dəfəki matç rəqiblərin “altılıq”da 3-cü dueli olacaq.


“Qəbələ” – “Neftçi”: Bütün oyunlar

2006/07

30.09.2006

Premyer Liqa

Neftçi (Bakı) - Gilan (Qəbələ)

4:1

2006/07

03.04.2007

Premyer Liqa

Gilan (Qəbələ) - Neftçi (Bakı)

1:4

2007/08

26.08.2007

Premyer Liqa

Neftçi (Bakı) - Qəbələ

2:0

2007/08

02.03.2008

Premyer Liqa

Qəbələ - Neftçi (Bakı)

2:3

2008/09

24.08.2008

Premyer Liqa

Qəbələ - Neftçi (Bakı)

0:1

2008/09

01.03.2009

Premyer Liqa

Neftçi (Bakı) - Qəbələ

0:0

2009/10

21.10.2009

Premyer Liqa

Qəbələ - Neftçi (Bakı)

1:0

2009/10

10.12.2009

Premyer Liqa

Neftçi (Bakı) - Qəbələ

1:1

2009/10

03.04.2010

Premyer Liqa

Neftçi (Bakı) - Qəbələ

1:2

2009/10

09.05.2010

Premyer Liqa

Qəbələ - Neftçi (Bakı)

0:0

2010/11

15.08.2010

Premyer Liqa

Qəbələ - Neftçi (Bakı)

0:2

2010/11

21.11.2010

Premyer Liqa

Neftçi (Bakı) - Qəbələ

0:0

2011/12

18.09.2011

Premyer Liqa

Neftçi (Bakı) - Qəbələ

2:0

2011/12

20.11.2011

Premyer Liqa

Qəbələ - Neftçi (Bakı)

1:0