Nəriman Abbasov Bakıya dönüb – Fotoreportaj
Xəbərlər / 12 İyun 2022 | 17:14219
Nəriman Abbasov Bakıya dönüb – Fotoreportaj

"AMC Fight Nights”ın çempionu titulunu qoruyan “Qəbələ” İdman Klubunun və Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov vətənə dönüb. Rusiyanın paytaxtı Moskvada keçirilən döyüşdə qazandığı qələbə ilə yüngül çəkidə kəməri özündə saxlayan idmançımızın təntənəli qarşılanma mərasimi olub. Tədbirdə “Qəbələ” klubunun rəsmiləri, jurnalistlər, idman ictimaiyyətinin nümayəndələri və azarkeşlər iştirak edib. 28 yaşlı təmsilçimiz mətbuat nümayəndələrinin suallarını cavablandırıb və çempionluq kəmərini nümayiş etdirib.

Xatırladaq ki, Nəriman İrina Viner Usmanova adına Gimnastika Sarayında təşkil olunan qarşılaşmada rusiyalı Marif Pirayevlə qarşılaşıb. İlk iki raundda aşkar üstünlüyə malik idmançımız rəqibi üçüncü hissəyə çıxmamağa vadar edib.