Nəriman Abbasov çempion titulunu qorudu
Xəbərlər / 12 Aprel 2021 | 00:34197
Nəriman Abbasov çempion titulunu qorudu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb. İdmançımız “AMC Fight Night100” çərçivəsində rusiyalı Şamil Amirovla görüşüb. Rusiyanın paytaxtı Moskvada keçirilən döyüşə çempion titulunu qorumaq üçün çıxan Nəriman rəqibini məğlubiyyətə uğradıb. Bununla da Abbasov yüngül çəkidə (70,3 kq) çempion kəmərini qoruyub. Bu, onun ardıcıl 11-ci qələbəsi olub.

Xatırladaq ki, Nəriman ümumilikdə 29-cu sınağında 26-cı dəfə qalib gəlib.