Nəriman Abbasovla yeni müqavilə
Xəbərlər / 25 Oktyabr 2022 | 16:101277
Nəriman Abbasovla yeni müqavilə

“Qəbələ” İdman Klubu və MMA döyüşçüsü Nəriman Abbasov arasında müqavilə uzadılıb. 28 yaşlı idmançı ilə yeni anlaşma bir ili əhatə edir.

Müqavilənin imzalanması mərasimindən sonra klubumuzun prezidenti Fariz Nəcəfov döyüşçü və onun məşqçisi Şəhriyar Abbasovla görüşüb. Tədbirdə Nərimanın döyüşləri barədə fikir mübadiləsi aparılıb.

Klub prezidenti idmançıya karyerasında  uğurlar arzulayıb. Abbasov göstərilən dəstəyə görə “Qəbələ” İdman Klubuna təşəkkür edib, bütün döyüşlərdə qələbə üçün mübarizə aparacağını, Azərbaycan bayrağını zirvələrdə dalğalandırmaq üçün əlindən gələni edəcəyini bildirib.