Nəriman Abbasovun Moskva sınağı
Xəbərlər / 5 Aprel 2021 | 17:00572
Nəriman Abbasovun Moskva sınağı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti görüşünü keçirəcək. İdmançımız Rusiyanın paytaxtı Moskvada təşkil olunacaq “AMC Fight Night100” döyüş gecəsində iştirak edəcək. Aprelin 10-da baş tutacaq qarşılaşmada Abbasovun rəqibi Rusiya təmsilçisi Şamil Amirov olacaq.

Yüngül çəki dərəcəsində (70,3 kq) çempion kəmərinin sahibi olan Abbasov titulunu qorumaq üçün mübarizə aparacaq. Lujnikidəki görüş Abbasovun 29-cu sınağı olacaq. O, indiyədək keçirdiyi 28 döyüşdən 25-də qalib gəlib. Təmsilçimiz son 10 qarşılaşmada qələbəyə sevinib.

Xatırladaq ki, Nəriman ötən ilin sentyabrında baş tutan son sınağında Mixail Qoqitidzeni məğlubiyyətə uğradıb.