Azərbaycanı və “Qəbələ”ni MMA döyüşlərində təmsil edən Nəriman Abbasovun növbəti rəqibi müəyyənləşib. İdmançımız Rusiya təmsilçisi İqor Yeqorovla üz-üzə gələcək. Bu döyüş fevralın 26-da keçiriləcək. Artıq idmançılar bununla bağlı müqaviləyə imza atıblar. Onlar Rusiyanın paytaxtı Moskvada görüşəcək. Abbasovla Yeqorov “Lujniiki”də baş tutacaq “Fight Nights Global 44” turniri çərçivəsində qalibi müəyyənləşdirəcək. Bu, təmsilçimizin 11-ci döyüşü olacaq. Əvvəlki 10 qarşılaşmada Abbasov 8 qələbə qazanıb və 2 dəfə məğlub olub. Hesabında 15 döyüş olan rusiyalı 10 dəfə qalib gəlib, 5 dəfə məğlubiyyət acısı yaşayıb.