«Nəticə hücumdakı oyunumuzdan asılı olacaq»
Xəbərlər / 3 Avqust 2016 | 17:45228
«Nəticə hücumdakı oyunumuzdan asılı olacaq»

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 4-də keçiriləcək “Qəbələ” – “Lill” qarşılaşmasından öncə “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Lill”lə qarşılaşmadakı nəticə hücumdakı oyunumuzdan asılı olacaq. Bu görüşdə də hücum etmək istəyəcəyik. Rəqib güclü komandadır. Bu üzdən istədiyimizi gerçəkləşdirmək çətin olmayacaq. Lakin biz öz oyun üslubumuzda mübarizə aparacağıq. Heyəti gücləndirmək istəyi həmişə var. Düşünürəm ki, hər bir məşqçi bunu istəyər. Bizi əsas hücum xətti qayğılandırır. Digər mövqelərə də oyunçu gətirmək istərdik. Hazırda heyətdə olan futbolçulara inanırıq. Onların inkişafına ümid edirik. “Qəbələ” daha çox mövqe hücumuna üstünlük verir. Təbii ki, əks-hücum etməyi də bacarmalıyıq. “Lill”lə görüş üçün mümkün olan bütün variantlara hazırıq. Rəqibi yaxşı təhlil etmişik. “Lill”in heyətində çox təhlükəli futbolçular var. Cinahda sürətli oyunçuları var ki, onlar mərkəzdən də hücuma keçməyi bacarırlar. Rəqibin müdafiəsindəki boşluqları nəzərə alırıq”.