«Nəticə istədiyimiz kimi oldu»
Xəbərlər / 17 May 2014 | 23:05186
2013-2014 mövsümünün son - XXXVI turu çərçivəsində baş tutan "Qəbələ"-"Sumqayıt" (3:1) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin oyun barədə düşüncələrini açıqlayıb. "Qəbələ"yə tarixində ilk dəfə Premyer Liqanın bürünc medallarını qazandıran rusiyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
"İlk növbədə bütün futbolçularımı mövsümü gözəl qələbə və ümumilikdə yaxşı nəticə ilə - çempionatın bürünc medalları ilə tamamladıqlarına görə təbrik edirəm. Pis gündə, yaxşı gündə komandanın yanında olan, ona dəstək verən rəhbərbərliyə təşəkkür edirəm. Komandanın uğurunda rolu olan bütün "Qəbələ" personalına təşəkkür edirəm və onlara da təbriklərimi çatdırıram. "Qəbələ" tarixində ilk dəfə belə nəticə qazandı və mən bundan çox şadam. O ki, qaldı bu günkü oyuna, əvvəla hava çox isti idi. Bu da futbolçulara mənfi təsir edirdi. İkincisi isə sanki futbolçularımızda müəyyən əsəbilik var idi. Amma nəticə istədiyimiz kimi oldu. Qalib gəlməyi bacardıq. Vacib qələbə oldu."