Premyer Liqanın XIII turu çərçivəsində baş tutan “Qəbələ” – “Simurq” (2:3) matçından sonra “qırmızı-qaralar”ın baş məşqçisi Dorinel Muntyanu oyun barədə düşüncələrini açıqlayıb. Rumıniyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“İlk növbədə fanatlardan üzr istəyirəm. Biz onlara qələbə bəxş edə bilmədik. Nəticəyə görə cavabdeh mənəm. Çünki ilk “11-liy”i mən təyin edirəm. Nəticə istədiyimiz kimi olmadı. Ona görə də günahkar mənəm. Bəlkə də qələbəyə daha çox layiq olan komanda “Qəbələ” idi. Bu gün fərdi planda səhvlər etdik. Bunun da nəticəyə təsiri oldu. Ruslan Abışov ilk hissədə səhvsiz oynadı. İkinci hissədə müəyyən səhvləri oldu. Müdafidə Ruslan Abışov, Müşfiq Teymurov, Ruslan Tağızadə və Rafael Santosa şans verməli idik. Çünki başqa variantımız yox idi".