«Nəticə məni qane etmədi»
Xəbərlər / 16 Mart 2014 | 14:42248
«Nəticə məni qane etmədi»

Premyer Liqanın XXVI turu çərçivəsində baş tutan "Bakı"-"Qəbələ" (1:1) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin oyun barədə düşüncələrini açıqlayıb. Rusiyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
"Oyunun səviyyəsindən razı qalsam da, nəticə məni qane etmədi. Son dəqiqələrdə qapımızda qol gördük. Futbolçularımız komplekt, döyüşkən oyun nümayiş etdirdilər. Hamı öz üzərinə düşən vəzifəni yaxşı yerinə yetirdi. Ümumilikdə komandanın çıxışından razıyam. Güclü külək nisbətən oyunun keyfiyyətinə təsir göstərirdi".