«Nəticədən razı deyiləm»
Xəbərlər / 5 Noyabr 2015 | 21:03168
«Nəticədən razı deyiləm»

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun “Borussiya” (Dortmund, Almaniya) – “Qəbələ” oyunundan (4:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Borussiya” UEFA Avropa Liqasının finalında oynayacaq. Qarşılaşdığımız bu güclü komanda UEFA Çempionlar Liqasında oynamağa layiqdir. “Borussiya” bizimlə matçda da çox güclü olduğunu bir daha nümayiş etdirdi. Əlbəttə ki, nəticədən razı deyiləm. Amma bu oyunda hər cəhətdən yaxşı dərs götürdük. Hələ öyrənməli olduğumuz çox şey var. Matçdan əvvəl də komandamızı nə gözlədiyini yaxşı bilirdik. Lakin nə isə edəcəyimizə ümid edirdik. Ancaq rəqib bizdən çox güclü idi. “Qəbələ”ni sevirəm və bu klubun rəhbərliyinə, futbolçularına böyük hörmətlə yanaşıram. Hələ “Qəbələ”də görəcəyimiz işlər var, komanda daha güclü olmalıdır. Hazırda fikrimdə komandanı daha da inkişaf etdirməkdir. “Borussiya”ya uduzsaq da, şansımızı tamamilə itirməmişik. Düzdür, bu, artıq təkcə bizdən asılı deyil. Rəqiblərimizin də xal itirməsi lazımdır. Biz isə son iki görüşdə qələbə qazanmaqla şansımızı bərpa etməliyik”.