«Nəticədən razı qala bilmərik»
Xəbərlər / 1 May 2016 | 14:58174
«Nəticədən razı qala bilmərik»

Topaz Premyer Liqasının XXXII turunun “Qəbələ” – “Neftçi” oyunundan (2:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Bu qarşılaşmada qalib gəlmək istəyirdik. Çünki turnir cədvəlində irəliləmək üçün bizə xal lazımdır. Bu, alınmadı. Təbii ki, nəticədən razı qala bilmərik. Oyuna gəlincə, hər şey fərqli də ola bilərdi. Yenə deməliyəm ki, imkanlardan istifadə baxımından heç nə dəyişməyib. Düzdür, iki qol vurduq. Amma bundan üç dəfə artıqı da vura bilərik. Lakin bunu gerçəkləşdirmədik. Rəqibi də qeyd etmək lazımdır. O qədər də çox olmayan səhvlərimizdən istifadə edib, qeydə alınan nəticəni qazandılar”.