“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının karateçisi Niyazi Əliyev növbəti uğurunu qazanıb. Təmsilçimiz Türkiyənin İstanbul şəhərində keçirilən Bosfor turnirində çıxışını uğurla başa vurub. 67 kq çəki dərəcəsində qüvvəsini sınayan Niyazi yarışda keçirdiyi bütün qarşılaşmalardan qalib ayrılıb. Bununla da karateçimiz 30-cu Bosfor turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Xatırladaq ki, ənənəvi beynəlxalq turnirdə 23 ölkədən 1394 idmançı qatılıb.