“Qəbələ” sıralarını daha bir futbolçu ilə gücləndirib. “Qırmızı-qaralar” Vladimir Levinin ardından Nizami Hacıyevi də rənglərinə bağlayıb. Yarımmüdafiəçi ilə birillik müqavilə imzalanıb.
1988-ci ildə anadan olan futbolçu karyerası boyunca “Olimpik” (Bakı), “Xəzər-Lənkəran”, MOİK (Bakı) və “İnter” (Bakı) klublarının şərəfini qoruyub. Hacıyevin son klubu paytaxt təmsilçisi “İnter” olub. Nizami Azərbaycanın U-19, U-21 və əsas millisinin də formasını geyinib.