Fevralın 4-dən 5-dək “Şağan” Olimpiya İdman Kompleksində cüdo üzrə qızlar və oğlanlar arasında gənclərin ölkə birinciliyi keçirilib. Yarışda uğurla çıxış etməyi qarşıya məqsəd qoyan "Qəbələ" İdman Klubunun cüdo bölməsi buna müəssər olub. Cüdoçularımız birinciliyi 5 medalla başa vurublar. Kişilərin yarışında Rüfət İsmayılov bütün rəqiblərinə qalib gələrək 81 kq çəki dərəcəsinə ölkə çempionu olub. Rüfət bununla da ötənilki uğurunu təkrarlayıb. O, gənclərin ötənilki ölkə birinciliyində qızıl medala layiq görülmüşdü. 90 kq çəki dərəcəsində mübaizə aparan Vasif Şərbətli birinciliyi gümüş, Xəzər Həsənovla (55 kq) Cəlil Şükürov (100 kq) isə bürünc medalla başa vurublar.
Azərbaycan birinciliyində “Qəbələ”nin qadın təmsilçiləri də uğurlu çıxışla yadda qalıblar. Çəkisi 57 kq-dək olan cüdoçuların mübarizəsində Leyla Şahin bütün rəqiblərinə qalib gələrək, yarışı fəxri kürsünün ən yüksək pilləsində başa vurub. 63 kq çəki dərəcəsində çıxış edən Nərgiz Hacıyeva isə 3-cü nəticə göstərib.