“Qəbələ” iordaniyalı yarımmüdafiəçisi Omar Hani ilə müqavilə müddətini uzadıb. 24 yaşlı futbolçu ilə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub.
Əvvəlki müqaviləsi 2022-2023-cü illər mövsümünün sonunda başa çatan Omar daha bir il “qırmızı-qara” formanı geyinəcək. Onun anlaşması 2024-cü ilin iyununda başa çatacaq.
Xatırladaq ki, Hani komandamızın heyətində keçirdiyi 65 matçda 4 qol vurub.