Omar Hani İordaniya millisində
Xəbərlər / 3 İyun 2023 | 10:332249
Omar Hani İordaniya millisində

“Qəbələ”nin futbolçusu Omar Hani İordaniya millisinə çağırılıb. 24 yaşlı yarımmüdafiəçi yığmanın yoldaşlıq oyunları və Avstriya toplanışında iştirak edəcək.

Omarın heyətində yer aldığı komanda bu ay iki yoldaşlıq oyunu keçirəcək. İordaniya millisinin ilk rəqibi Serbiya olacaq. Bu matç iyunun 16-da Vyanada keçiriləcək. Üç gün sonra asiyalılar Viener Neuştadtda Yamayka yığması ilə qarşılaşacaq.