«Omoniya» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 14 İyul 2023 | 17:551596
«Omoniya» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Omoniya” - “Qəbələ” oyununun hakimləri müəyyənləşib. Cavab matçları çərçivəsində baş tutacaq görüşü isveçli ədalət təmsilçiləri idarə edəcək. Avqustun 3-dəki matçın baş hakimi Adam Ladebak olacaq.

 

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, cavab oyunu

3 avqust

21:00. “Omoniya” (Kipr) - “Qəbələ”

Baş hakim: Adam Ladebak

Baş hakimin köməkçiləri: Markus Lundqren Klitte, Daniel İnq

Dördüncü hakim: Yoakim Ostlinq (hamısı İsveç)

Nikosiya. GSP stadionu