“Önəmli olan komandanın uğur qazanmasıdır”
Xəbərlər / 4 Mart 2012 | 20:31611
“Qəbələ”yə qış fasiləsində transfer olunan Yannik Kamanan Premyer Liqanın 22-ci turunda “Rəvan”la qarşılaşmada dubla imza atmaqla klubdakı qol hesabını açdı. Fransalı hücümçu “Qəbələ” forması ilə qol vuran 68-ci futbolçu kimi klub tarixinə düşdü. “Siftə”yə görə sevincli olan futbolçu gabalafc.az-a açıqlamasında komandanın uğur qazanmasının fərdi uğurlardan daha vacib olduğunu bildirdi:
“Qol hesabımı açdığıma görə çox sevincliyəm. Qış fasiləsindən sonra bütün oyunlarda qələbə qazanmışıq və bu daha sevindirici haldır. Qol vurmaq gözəldir, amma önəmli olan komandanın uğur qazanmasıdır. İnanıram ki, növbəti oyunlarda qollarımla “Qələbə”nin hədəfinə çatmasında pay sahibi olacağam. Ümumiyyətlə meydançadan kənarda danışmağı sevmirəm. Fikrimcə futbolçunun sözünü oyunu ilə deməsi daha effektivdir”.