“Onlar bugünkü qələbədə pay sahibi oldular”
Xəbərlər / 24 Yanvar 2026 | 17:149260
“Onlar bugünkü qələbədə pay sahibi oldular”

Misli Premyer Liqasının XVII turunun “Şamaxı” – “Qəbələ” oyunundan (0:4) sonra komandamızın məşqçisi George Çixradzenin mətbuat konfransı keçirilib. Gürcüstanlı mütəxəssis matç barədə fikirlərini açıqlayıb:

 

“İlk növbədə komandamızı yaxşı oyun və yaxşı nəticə münasibəti ilə təbrik edirəm. Biz bu oyuna yaxşı hazırlaşmışdıq. Çox möhkəm komandaya qarşı oynadıq. Təlim-məşq toplanışına başlayandan ilk görüşə hazırlıq istiqamətində işlər görürdük. Yaxşı hazırlıq keçdik. Yeni gələn futbolçularımız - Akinade və Keyta da inamlı təsir bağışladı. Onlar kollektivə uyğunlaşırlar və bugünkü qələbədə pay sahibi oldular”.