Misli Premyer Liqasının VI turunun “Qəbələ” – “Neftçi” oyunundan (0:3) sonra komandamızın məşqçisi Amil Ağacanovun mətbuat konfransı keçirilib. O, görüş barədə fikirlərini açıqlayıb:
“Bizim üçün ağır məğlubiyyət oldu. Rəqibin son oyunlarını təhlil etmişdik. Bilirdik ki, çox keyfiyyətli, aqressiv futbolçuları var. Yeni baş məşqçimiz gəlib və buna uyğun olaraq son illərdə oynadığımız sistemi dəyişmişdik. Hesab 0:1 olana kimi pis oynamırdıq. Top saxlayırdıq, əvvəlki görüşlərə baxanda aqressivlik daha yaxşı idi. Sonda rəqib sürətli futbolçularını buraxdı, biz də buna uyğun olaraq dəyişiklik etdik. Təəssüf ki, belə ağır məğlubiyyətlə üzləşdik”.