«Oyun boyu yersiz top itkilərinə yol verdik»
Xəbərlər / 4 Oktyabr 2013 | 21:03202
«Oyun boyu yersiz top itkilərinə yol verdik»

Premyer Liqanın IX turu çərçivəsində baş tutan "Qəbələ"-"Neftçi" (1:2) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin fikirlərini açıqlayıb. Rusiyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
"Oyuna yaxşı başladıq. İlk 20 dəqiqədə yetərincə gözəl oyun nümayiş etdirdik. Amma irəliləyən dəqiqələrdə "Neftçi" vəziyyəti öz xeyrinə dəyişməyi bacardı. Onlar topa daha çox nəzarət edirdi. Oyun boyu çox yersiz top itkilərinə yol verdik. Matçda "Neftçi"nin üstünlüyü var idi. Və sonda onlar layiqli qələbə qazandılar".