«Oyundan razı qaldım»
Xəbərlər / 11 Avqust 2013 | 22:56327
«Oyundan razı qaldım»

"Komandamın oyunundan razı qaldım. Bu matçda çıxışımız ilk turda "Bakı"ya qarşı baş tutan oyunumuzdan daha yaxşı alındı. Əgər birinci qarşılaşmada yalnız bir hissə yaxşı çıxış etmişdiksə, bu günkü görüşdə hər iki hissədə yaxşı oynadıq. İlk hissədə məğlub durumda olmağımıza baxmayaraq, nəticədə qələbə qazanmağı bacardıq. Yetəri qədər qol imkanlarımız oldu. Amma təbii ki, bütün epizodlar qolla nəticələnmir". Bu sözləri Topaz Premyer Liqasının II turu çərçivəsində baş tutan "Qəbələ"-"İnter" (3:2) matçından sonra meydan sahiblərinin baş məşqçisi Yuri Syomin deyib. Rusiyalı mütəxəssis layiqli qələbənin çox güclü komanda üzərində qazanıldığını bildirib:
"İnter" ilk turda da məğlub olduğundan bizimlə matça xüsusi hazırlanmışdı. Rəqibimiz oyuna yaxşı köklənmişdi, yüksək motivasiya ilə çıxmışdı. Rəqibimiz çox güclü müdafiə xəttinə malikdir. Bu mənada "İnter"lə bizi çətin qarşılaşmanın gözlədiyini bilirdik. Düşünürəm ki, güclü rəqib üzərində layiqli qələbə qazandıq".