“Oyunun böyük hissəsində yaxşı oynadıq”
Xəbərlər / 7 Noyabr 2026 | 22:0821
“Oyunun böyük hissəsində yaxşı oynadıq”

Misli Premyer Liqasının XI turunun “Zirə” – “Qəbələ” oyunundan (2:1) sonra komandamızın baş məşqçisi Yeton Bekirinin mətbuat konfransı keçirilib. O, “Zirə” ilə oyun barədə fikirlərini açıqlayıb:

 

“Oyunun böyük hissəsində yaxşı oynadıq. Sadəcə son 20 dəqiqədə yorulduq və fiziki çatdıra bilmədik. 89-cu dəqiqədə qol buraxmaq istənilən məşqçi üçün çox pis hissdir. “Zirə”nin qol vuran oyunçusunun ətrafında 5 futbolçumuz var idi. Onlar həmin anda rəqibə mane olmalı idilər. Nə etmək olar, bu, futboldur. Üzərində çalışmalı olduğumuz işlərimiz var”.