«Oyunun sonlarında yorğunluq hiss olunurdu»
Xəbərlər / 28 Aprel 2014 | 05:18201
«Oyunun sonlarında yorğunluq hiss olunurdu»

Premyer Liqanın XXXII turu çərçivəsində baş tutan "Qəbələ"-"Simurq" (1:0) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin oyun barədə düşüncələrini açıqlayıb. Rusiyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Bizim üçün çox çətin oyun idi. Çünki, iki gün öncə kubokun yarımfinalında ağır oyun oynadıq. Əsas heyətdə 4 yeni oyunçuya şans verdik, onlar da kifayət qədər yaxşı oynadı. Lakin oyunun sonlarına yaxın gücümüz çatmadı, yorğunluq hiss olunurdu. Nəticədən və futbolçularımın meydanda gördüyü işdən razıyam. Subotiçi sarı vərəqə almaması üçün ikinci hissədə meydana buraxdım. Cərimə zərbəsi vurularkən Ebesilio ilə ikisi topun yanında dayansa da, vaxtı uzatdığına görə sarı vərəqə məhz Subotiçə göstərilir. O, növbəti oyunu buraxacaq. Vərəqənin niyə məhz ona göstərildiyini başa düşmürəm”.