Premyer Liqanın VII turu çərçivəsində baş tutan "Qəbələ"-"Rəvan" (3:0) matçının ardından "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin fikirlərini açıqlayıb. Oyunsonrası mətbuat konfransında qarşılaşma barədə düşüncələrini bölüşən rusiyalı mütəxəssis komandasının oyuna yaxşı başladığını, lakin matçın son bölümündə yetirmələrinin sərgilədiyi oyunu bəyənmədiyini bildirib.