«Paralel olaraq bütün göstəricilərimizi yüksəltməyə çalışırıq»
Xəbərlər / 10 İyul 2013 | 14:04330
«Paralel olaraq bütün göstəricilərimizi yüksəltməyə çalışırıq»

“Hazırda əsas diqqətimizi futbolçuların fiziki durumunun yüksək həddə çatdırılmasına yönəltmişik. Futbolçular istirahətdən yeni qayıdıblar. Bəzilərinin fiziki durumu çox yaxşıdır. Hiss olunur ki onlar tətil boyunca öz üzərlərində işləyiblər. Bəziləri isə müəyyən qədər ilk sadaladıqlarımdan geri qalırlar. Məşqlər zamanı analizlərimizi aparırıq və lazımi tədbirləri görməkdəyik. Məqsədimiz bütün futbolçuların eyni səviyyədə yüksək fiziki duruma çatdırılmasıdır. Amma bu o demək deyil ki, məşqlər zamanı taktiki və texniki hazırlığı unuduruq. Paralel olaraq bütün göstəricilərimizi yüksəltməyə çalışırıq ”.
Bu sözləri “Qəbələ”nin baş məşqçisi Yuri Syomin gabalafc.az-a açıqlamasında deyib. Artıq iki gündür Qəbələdə yeni mövsüm hazırlıqlarına start verən “qırmızı-qaralar”ın baş məşqçisi hazırda futbolçularla yaxından tanış olduğunu, onların fiziki durumunun müəyyənləşdiirilməsi üçün testlərin aparıldığını bildirib. Rusiyalı mütəxəssis düşərgəyə yeni futbolçu və ya futbolçuların qatılmaq ehtimalının olduğunu da sözlərinə əlavə edib.