"Bizi "İnter"lə çətin oyun gözləyir. Paytaxt təmsilçisi iddiasını və gücünü turnir cədvəlinin birinci pilləsində qərarlaşmaqla göstərir. Amma biz də iddialı komandayıq və Bakıya qələbə dalınca gəlmişik. Oyuna yaxşı hazırlaşmışıq. İnanıram ki, verilən tapşırıqları yerinə yetirib Qəbələyə 3 xalla dönəcəyik".
Bu sözləri XX tur öncəsi "Qəbələ"nin kapitanı Rəşad Abdullayev söyləyib. "İnter"lə matçdan əvvəl fikirlərini gabalafc.az-la bölüşən Abdullayev qələbə qazanaraq "Qəbələ"nin ilk "altılıq"dakı yerini möhkəmləndirmək istədiklərini söyləyib:
"İnter" doğma meydança amilindən istifadə edib qalib gəlməyə çalışacaq. Paytaxt təmsilçisinin bu matçda digər üstünlüyü onların süni örtükdə oynamağa öyrəşmələridir. Amma biz bütün bu amilləri məşqlərdə nəzərə almışıq. Məqsədimiz qələbə qazanaraq ilk "altılıq"da möhkəmlənməkdir".