“Neftçi” 0:0 “Qəbələ”
29 noyabr 2014. Saat 17:00. “Bakcell Arena”, 1000 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Mehman Mahmudov, Nahid Əliyev
Dördüncü hakim: Mahir Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Rövşən Əhmədov
Sarı vərəqələr: Elvin Yunuszadə, 46 (qeyri-idman hərəkəti); Flavinyo, 46 (hakim qərarına etiraz), Kaue da Silva, 66 (qeyri-idman hərəkəti), Elvin Bədəlov, 89 (qeyri-idman hərəkəti) // Cavid Hüseynov, 73 (qeyri-idman hərəkəti); Ruslan Abışov, 79 (oyunun bərpasını gecikdirdiyinə görə)
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.
Bu gün Topaz Premyer Liqasında XIV tura start verilib. Turun ilk oyun günündə meydana çıxan “Qəbələ” səfərdə “Neftçi” ilə qarşılaşıb. Baş məşqçi Dorinel Muntyanu heyətdə bir sıra dəyişikliklərə əl atmışdı. Cəzalılar Adrian Ropotan və Ruslan Tağızadə ilə yanaşı, Müşfiq Teymurovla Andrei Kristea da start heyətdə yer almayıb. Əvəzində Elvin Camalov, Sadiq Quliyev, Pavol Farkaş və Ürfan Abbasov ilk “11-liy”ə qayıdıb.
Oyuna sürətli başlayan “Qəbələ” artıq ilk dəqiqədə hesabı açmağa yaxın olub. Meydan sahiblərinin müdafiə xəttini yaran Ekiqo Ehiosun cərimə meydanın daxilinədək irəliləyib qapı önünə ötürmə verib. Sol cinahdan gələn ötürməni çox yaxın məsafədən tamamlayan Cavid Hüseynovun zərbəsi isə tirdən dönüb. Az sonra yarımmüdafiəçinin sağ cinahdan asmasını tamamlayan isə olmayıb. Qarşılıqlı hücumlarla keçən görüşdə “qırmızı-qaralar”ın həmlələri daha kəsərli alınıb. Epizodların birində Markinyoş Cavidin cinah ötürməsini tamamlaya bilməyib. Ruslan Abışovun cərimə zərbəsindən tirin altına ünvanlandığı zərbəni isə Stamenkoviç barmaqlarının ucu ilə toxunub. Nəticədə tirə toxunan top küncə çıxıb. “Qəbələ”nin daha kəsərli hücumlar təşkil etdiyi ilk yarının sonluğunda “Neftçi”nin qapısı önündə daha çox gərginlik yaranıb. Meydan sahiblərinin qapıçısının bir neçə dəfə oyuna daxil olduğu ilk yarıda Rafael Santosun zərbəsi də yaddaqalan olub. Lakin qolkiper braziliyalının zərbəsinin qarşısını çətinliklə də olsa ala bilib.
Oyunun ssenarisi fasilədən sonra da dəyişməyib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ən yaddaqalan epizodlarını məhz “Qəbələ” yaradıb. Hissənin əvvəlində yenə Ekiqo diqqət mərkəzinə düşüb. Futbolçu müdafiəçilərdən sıyrılıb qapıçı ilə təkbətək çıxsa da, sonuncu onun zərbəsini qaytara bilib. Meydan sahiblərinin ən real qol vəziyyətində isə Sadiq Quliyev etibarlı oynayıb. Müdafiəçimiz qapıçı meydanının yaxınlığında zərbə vurmaq istəyən Samir Məsimovun qapını nişan almasına mane olub. Qarşılaşmanın sonluğu isə meydan sahiblərinin hücumları ilə yadda qalıb. Bir neçə dəfə oyuna daxil olan Kamran Ağayev əvvəl Samir Məsimovun zərbəsini qaytarıb. Az sonra Ernest Nforun cərimə zərbəsini tutub. Nəticədə qarşılaşma ilk dövrədə olduğu kimi qolsuz heç-heçə ilə yekunlaşıb.
Beləliklə, “Qəbələ” ardıcıl 2-ci dəfə paytaxt səfərindən heç-heçə ilə dönüb.
“Neftçi”
30. Saşa Stamenkoviç
2. Karlos Kardozo
5. Elvin Yunuszadə (k)
7. Araz Abdullayev
10. Julius Vobay
(9. Flavinyo, 20)
11. Nikolas Kanales
15. Erik Ramos
18. Kaue da Silva
(90. Ernest Nfor, 66)
23. Ruslan Qurbanov
(21. Samir Məsimov, 74)
27. Məqsəd İsayev
95. Elvin Bədəlov
Ehtiyat oyunçular:
12. Pavel Doroşevs
3. Denis Silva
17. Nicat Qurbanov
28. Emin Mehtiyev
Baş məşqçi: Arif Əsədov
“Qəbələ”
1. Kamran Ağayev (k)
4. Elvin Camalov
5. Sadiq Quliyev
8. Markus Vidal
10. Dodo
14. Cavid Hüseynov
(27. Bəxtiyar Soltanov, 89)
15. Ruslan Abışov
(21. Yazalde Pinto, 80)
26. Pavol Farkaş
34. Urfan Abbasov
44. Rafael Santos
90. Ekiqo Ehiosun
Ehtiyat oyunçular:
30. Anar Nəzirov
11. Andrey Kristea
13. Murad Musayev
28. İbrahim Aslanlı
99. Tellur Mütəllimov
Baş məşqçi: Dorinel Muntyanu