“Neftçi” – “Qəbələ” – 1:0
20 fevral 2021. Saat 18:00. “Bakcell Arena”, tamaşaçısız
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Nahid Əliyev
Dördüncü hakim: Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sarı vərəqələr: Namiq Ələsgərov, 33 (qeyri-idman hərəkəti) // Yurqen Qoxa, 26 (qeyri-idman hərəkəti); Rüfət Əhmədov, 27 (qeyri-idman hərəkəti); Ceyms Adeniyi, 45+2 (hakimin qərarına etiraz); Rövlan Muradov, 82 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Samir Abasov, 90+4 (meydançaya daxil olduğuna görə)
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə (iki sarı): Elmar Baxşıyev, 56 (texniki zona qaydalarına pozduğuna görə), (hakimin qərarına etiraz)
Qol: Emin Mahmudov, 90+4
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.
Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub. Turun son görüşü Bakıdakı “Bakcell Arena”da baş tutub. “Qəbələ” çempionatın lideri “Neftçi”nin qonağı olub. Ötən turla müqayisədə “qırmızı-qaralar”ın start heyətində yalnız bir dəyişiklik edilib. Baş məşqçi Elmar Baxşıyev Ceyms Adeniyiyə paytaxtdakı görüşün ilk dəqiqələrindən şans verib. O, “11-lik”də Rövlan Muradovu əvəzləyib.
Matçın ilk yarısı qarşılıqlı hücumlarla keçib. Oyunun əvvəlində Ştefan Vukçeviçin qapı istiqamətinə zərbəsi istənilən kimi alınmayıb. Sağ cinahdan cərimə meydanına daxil olan Asif Məmmədovun iti bucaq altından endirdiyi zərbədən sonra top qapının üstündən keçib. Müdafiədə etibarlı oynayaraq rəqib hücumlarının qarşısını alan “qırmızı-qaralar” bir neçə qol imkanı qazanıb. Cinah ötürməsindən sonra Murad Musayevin yaxın məsafədən başla topa toxunuşu hesabın açılması üçün yetərli olmayıb. Az sonra Nikolas Rayselin ötürməsi zamanı uzaq dirəyin önündə olan Asif Məmmədovun zərbəsinin qarşısını rəqib qapıçı alıb.
İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. Real qol vəziyyətlərinin zəngin olmadığı matçda hər iki komanda hücumlarını davam etdirib. Belə həmlələrin birində Rafael Utriq əlverişli mövqedən çərçivəyə düşməyib. Fasilədən sonra daha fəal təsir bağışlayan “Qəbələ”nin heyətində Ceyms Adeniyi və Nikolas Raysel də təhlükəli zərbələrlə yadda qalıb. Rafael Utriqin cərimə meydanının xətti üzərindən qüvvətli zərbəsini isə rəqib qolkiper dəf edib. Anar Nəzirov da ustalığını nümayiş etdirməli olub. O, rəqibin yaxın məsafədən baş zərbəsini küncə çıxarıb. Qolkiperimiz az sonra Namiq Ələsgərovun qüvvətli zərbəsini zərərsizləşdirib. Rafael Utriqin qapıçı meydanı yaxınlığından başla toxunuşu zamanı top tirin üstündən keçib. Matçın taleyini uzatma dəqiqələrindəki qol həll edib. Paytaxt təmsilçisinin vurduğu qol meydan sahiblərinə qələbə qazandırıb. Beləliklə, “Qəbələ” səfərdən xalsız dönüb.
“Neftçi”
30. Aqil Məmmədov
7. Namiq Ələsgərov
8. Emin Mahmudov (k)
22. Mirabdulla Abbasov
(9. Ahmed Ahmedov, 56)
19. Fəhmin Muradbəyli
3. Mamadu Mbodj
28. Stiven Monroz
91. Tallison Diaz
17. Bruno Teluşi
24. Yusuf Laval
(10. Saman Nərimancahan, 46)
20. Mert Çelik
Ehtiyat oyunçular:
1. Səlahət Ağayev
12. Kamran İbrahimov
29. Sabir Buqrin
80. İsmayıl Zülfüqarlı
27. Fərid Yusifli
72. Emin Zamanov
70. Asim Əlizadə
37. Vüsal Əsgərov
Baş məşqçi: Samir Abasov
“Qəbələ”
1. Anar Nəzirov (k)
11. Asif Məmmədov
(74. Yusif Nəbiyev, 90+2)
28. Murad Musayev
9. Ehtiram Şahverdiyev
99. Ceyms Adeniyi
(10. Rövlan Muradov, 69)
77. Merab Qiqauri
32. Nikolas Raysel
13. Yurgen Qoxa
26. Stefan Vukçeviç
23. Rafael Utriq
71. Rüfət Əhmədov
Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
5. Rasim Ramaldanov
70. Ülvi İsgəndərov
4. Sadiq Quliyev
7. Roman Hüseynov
14. Cavid Hüseynov
2. Vinko Medimoreç
17. Yaovi Akakpo
20. Faiq Hacıyev
55. İdris İnqilablı
Baş məşqçi: Elmar Baxşıyev