“Keşlə” – “Qəbələ” – 3:1
7 noyabr 2020. Saat 14:00. “ASK Arena”, tamaşaçısız
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Kamran Bayramov
Dördüncü hakim: Rauf Allahverdiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Sarı vərəqələr: Ruslan Əmircanov, 90+1 (qeyri-idman hərəkəti) // Yusif Nəbiyev, 57 (qeyri-idman hərəkəti)
Qollar: Sezar Meza Kolli, 41; Asif Məmmədov, 75 (ö.q.); Silvio Rodriqes, 90 // Nikolas Raysel, 32
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 5 dəq.
Azərbaycan Premyer Liqasında IX tura start verilib. Turun ilk görüşü “ASK Arena”da keçirilib. “Qəbələ” “Keşlə”nin qonağı olub. Baş məşqçi Elmar Baxşıyev ötən turla müqayisədə start heyətində bir dəyişiklik edib. Merab Qiqauri “11-lik”də yer alıb. O, Stefan Vukçeviçi əvəzləyib.
Görüş qarşılıqlı hücumlarla başlayıb. “Qəbələ”nin ardıcıl bir neçə dəfə rəqib qapısı önündə təhlükə yaradıb. Amma Stanislav Namaşko öncə Yusif Nəbiyev, ardınca Cavid Hüseynovun ötürməsinin qarşısını kəsib. Meydan sahiblərinin hücumu zamanı Anar Nəzirov Dmitri Klotsun zərbəsini dəf edib. Nikolas Rayselin ötürməsindən sonra Rafael Utziqin cərimə meydanı daxilindən endirdiyi zərbədən sonra top dirəyin yanından keçib. “Qırmızı-qaralar” sürətli əks-hücumların birində hesabı açıb. Mərkəzdən rəqib qapısınadək irəliləyən Ceyms Adeniyinin zərbəni qapıçı qaytarsa da, müdafiəçiyə çarpan top Nikolas Rayselin önünə düşüb. Ardıcıl ikinci oyunda qol sevinci yaşayan futbolçumuz matçda hesabı açıb -1:0. Paytaxt təmsilçisi hissənin sonlarında Sezar Meza Kollinin qolu ilə tarazlıq yaratmağa müvəffəq olub. “Qəbələ” fasiləyə üstün yollanmaq imkanı da əldə edib. Sürətli əks-hücum zamanı qapıçını da keçən Ceyms Adeniyinin qapıya zərbəsi komanda yoldaşı Rafael Utziqə dəyərək istiqamətini dəyişib.
İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. Ceyms Adeniyinin ötürməsindən sonra Nikolas Rayselin zərbəsi yaddaqalan, lakin qeyri-dəqiq olub. İdris İnqilablının uzaq zərbəsi zamanı top tirin üstündən keçib. Rafael Utziq və Nikolas Rayselin əldə etdiyi əlverişli imkanlar da istənilən sonluqla nəticələnməyib. Bakılıların hücumları zamanı “Qəbələ”nin müdafiəçiləri inamlı oynayıb. Bir neçə epizodda Anar Nəzirov ustalığını nümayiş etdirib. Lakin meydan sahibləri qələbə qoluna imza ata bilib. Sezar Meza Kollinin zərbəsindən sonra Asif Məmmədova toxunan top qapıdan keçib. Buraxılan qoldan sonra “Qəbələ” oyunda dönüş yaratmağa çalışıb. Ceyms Adeniyinin zərbəsi qeyri-dəqiq alınıb. Komandamızın hücumlara böyük qüvvə ilə qoşulması “Keşlə” üçün sürətli əks-həmlə imkanları yaradıb. Belə epizodların birində fərqlənən Silvio Batista fərqi iki topa çatdırıb. Uzatma dəqiqələrində Nikolas Rayselin qüvvətli zərbəsi hesabda dəyişiklik üçün yetərli olmayıb. Beləliklə, “Qəbələ” milli komandaların oyunları ilə əlaqədar fasilə ərəfəsində paytaxtdan 1:3 hesablı məğlubiyyətlə dönüb.
“Keşlə”
1. Stanislav Namaşko
3. Tərlan Quliyev (k)
19. Azər Salahlı
17. Vüsal İsgəndərli
4. Şəhriyar Əliyev
(21. Miyusko Boyoviç, 78)
25. Con Kamara
10. Sezar Meza Kolli
48. Dmitro Klots
(13. Pərviz Azadov, 60)
11. Silvio Rodriqes
23. Artur Batista
99. Rafael Məhərrəmli
(7. Rəhman Hacıyev, 69)
Ehtiyat oyunçular:
85. Kamal Bayramov
18. Ruslan Əmircanov
2. İlkin Qırtımov
8. Tural Axundov
20. Rail Məlikov
16. Alvaro Tavares
14. Turan Vəlizadə
Baş məşqçi: Yunis Hüseynov
“Qəbələ”
1. Anar Nəzirov (k)
11. Asif Məmmədov
(26. Stefan Vukçeviç, 75)
74. Yusif Nəbiyev
14. Cavid Hüseynov
99. Ceyms Adeniyi
77. Merab Qiqauri
32. Nikolas Raysel
13. Yurgen Qoxa
2. Vinko Medimoreç
23. Rafael Utriq
(10. Rövlan Muradov, 67)
55. İdris İnqilablı
Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
28. Murad Musayev
70. Ülvi İsgəndərov
4. Sadiq Quliyev
7. Roman Hüseynov
9. Ehtiram Şahverdiyev
6. Kamal Mirzəyev
22. Rodriqo Qattas
20. Faiq Hacıyev
71. Rüfət Əhmədov
Baş məşqçi: Elmar Baxşıyev