“Qarabağ” – “Qəbələ” – 3:1
1 fevral 2021. Saat 18:00. Tofiq Bəhramov adına Respublika Stadionu, tamaşaçısız
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Vüqar Bayramov
Dördüncü hakim: Tural Qurbanov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Sarı vərəqələr: Toral Bayramov, 78 (qeyri-idman hərəkəti) // Stefan Vukçeviç, 31 (qeyri-idman hərəkəti); Yurqen Qoxa, 33 (qeyri-idman hərəkəti)
Qollar: Kvabena Ovusu, 55; Mahir Emreli, 73, 75 // Ceyms Adeniyi, 88
Qolla nəticələnməyən penalti: Uroş Matiç, 33
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.
Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilib. “Qəbələ” ilk oyunlar çərçivəsində səfər matçına çıxıb. “Qırmızı-qaralar” “Qarabağ”ın qonağı olub. Komandamız Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionundakı görüşə ötən oyunla müqayisədə dörd dəyişikliklə başlayıb. Anar Nəzirov, Nikolas Raysel, Yurgen Qoxa və Rüfət Əhmədov start “11-liy”inə qayıdıb. Onlar Tərlan Əhmədli, Yusif Nəbiyev, Murad Musayev və Ceyms Adeniyini əvəzləyib.
Görüş qarşılıqlı hücumlarla başlasa da, meydan sahibləri üstünlüyü ələ ala bilib. Ağdam təmsilçisi təşəbbüsə yiyələnərək daha çox hücumlar təşkil edib. Əsasən əks-hücumlarda fərqlənməyə çalışan “Qəbələ” hissənin ortalarında bir neçə dəfə hesabı açmağa yaxın olub. Nikolas Rayselin sol cinahdan qapı önünə hava ötürməsi təhlükəli alınıb. Lakin cərimə meydanında olan Rafael Utriqlə Rövlan Muradovdan heç biri topa toxuna bilməyib. Az keçməmiş uzun ötürmədən sonra topa yiyələnən Rövlan Muradov cərimə meydanına daxil olub. Onun daha əlverişli mövqedə olan Rafael Utriqə ötürməsi isə istənilən kimi alınmayıb. 33-cü dəqiqədə “Qarabağ” penalti şansı qazanıb. Uroş Matiçin zərbəsini Anar Nəzirov dəf edib. Bu epizoddan sonra təzyiqi daha da artıran ağdamlılar fasiləyədək fərqlənməyə çalışsa da, “qırmızı-qaralar” müdafiədə etibarlı oynayıb.
İkinci hissəyə komandamız daha fəal başlayıb. Rəqib qapıçının çıxışda səhvindən sonra topa yiyələnən Rafael Utriq qapını dəqiq nişan ala bilməyib. Braziliyalı az sonra daha bir əlverişli imkanı qaçırıb. Ehtiram Şahverdiyevin cərimə meydanı daxilindən qüvvətli zərbəsini isə qolkiper qaytarmağa nail olub. “Qarabağ” isə qol imkanlarını əldən verməyib. Öncə Ovusu Kvabena hesabı açıb. Oyunda dönüş yaratmağa çalışan “qırmızı-qaralar” üç dəqiqədə daha iki top buraxıb. Mahir Emreli dubla imza atıb. Fərqi azaltmaq üçün irəli atılan komandamız görüşün sonlarında daha da fəallaşıb. Sol cinahla irəliləyən Nikolas Raysel qapı xəttinin yanından paralel ötürmə verib. Amma Ceyms Adeniyinin zərbəsi dəqiq olmayıb. Beş dəqiqə sonra Nikolas Rayselin cərimə meydanına ötürməsini Rafael Utriq Ceyms Adeniyinin önünə göndərib. Hücumçu dəqiq zərbə ilə fərqi iki topa çatdırıb. Uzatma dəqiqələrində Nikolas Rayselin özü irəliləyərək qüvvətli zərbə vursa da, top qapının üstündən keçib.
Xatırladaq ki, komandalar arasında cavab oyunu fevralın 6-da Qəbələ şəhər stadionunda keçiriləcək.
“Qarabağ”
12. Emil Balayev
2. Qara Qarayev (k)
11. Mahir Emreli
(5. Maksim Medvedev, 80)
30. Abbas Hüseynov
4. Rahil Məmmədov
9. Xayme Romero
7. Kvabena Ovusu
8. Uroş Matiç
(6. Patrik Andrade, 51)
81. Kevin Medina
18. İsmayıl İbrahimli
(10. Abdullah Zubir, 70)
27. Toral Bayramov
Ehtiyat oyunçular:
1. Şahruddin Məhəmmədəliyev
94. Ayhan Arazlı
55. Bədavi Hüseynov
66. Cavid Bayramov
21. Rauf Hüseynli
99. Hüseyn Hüseynzadə
29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov
“Qəbələ”
1. Anar Nəzirov (k)
11. Asif Məmmədov
(55. İdris İnqilablı, 81)
9. Ehtiram Şahverdiyev
77. Merab Qiqauri
32. Nikolas Raysel
13. Yurgen Qoxa
26. Stefan Vukçeviç
(14. Cavid Hüseynov, 71)
2. Vinko Medimoreç
23. Rafael Utriq
10. Rövlan Muradov
(99. Ceyms Adeniyi, 70)
71. Rüfət Əhmədov
Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
74. Yusif Nəbiyev
28. Murad Musayev
70. Ülvi İsgəndərov
4. Sadiq Quliyev
7. Roman Hüseynov
17. Yaovi Akakpo
20. Faiq Hacıyev
Baş məşqçi: Elmar Baxşıyev