Paytaxtda məhsuldar heç-heçə
Xəbərlər / 8 Dekabr 2022 | 23:161586
Paytaxtda məhsuldar heç-heçə

“Qarabağ” – “Qəbələ” – 2:2

Azərbaycan Kuboku, 1/4 final ilk oyun

8 dekabr 2022. Saat 20:30. “Azersun Arena”, 300 tamaşaçı

Baş hakim: Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli

Dördüncü hakim: Kamranbəy Rəhimov

VAR: Elçin Məsiyev

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Sarı vərəqələr: İsnik Alimi, 74 (qeyri-idman hərəkəti); Omar Hani, 83 (qeyri-idman hərəkəti)

Qollar: Musa Qurbanlı, 56; 84 // Emil Səfərov, 25; Omar Hani, 87

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 3 dəq.

 

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib. “Qəbələ” səfərdə “Qarabağ”la qarşılaşıb. Son matçla müqayisədə komandamızın heyətində üç dəyişiklik olub. Baş məşqçi Elmar Baxşıyev Kristof Atanqana, Emil Səfərov və Omar Haniyə ilk dəqiqələrdən şans verib. Onlar “11-lik”də Səlahət Ağayev, Asif Məmmədov və Rövlan Muradovu əvəzləyib.

Matçın ilk yarısı qarşılıqlı hücumlarla başlayıb. Qapılar önündə real qol vəziyyətləri çox olmasa da, Felipe Santosun çərçivəyə paralel ötürməsi təhlükəli və yaddaqalan alınıb. Hesab hissənin ortalarında açılıb. Məqsəd İsayevin sol cinahdan ötürməsindən sonra Emil Səfərov cərimə meydanı xaricindən qarşısıalınmaz zərbə endirib – 1:0. Bu topdan sonra rəqib fəallığı artırıb. “Qırmızı-qaralar”ın əks-hücumları diqqətçəkən olsa da, dəqiq zərbə ilə yekunlaşmayıb. 

Fasilədən sonra Felipe ikinci qolu vurmağa yaxın olub. Amma onun zərbəsi rəqib futbolçuya dəyib. Ağdamlılar hissənin əvvəlində hesaba tarazlıq gətirib – 1:1. Bu qoldan sonra hər iki komanda təhlükəli hücumlar qurub. Paytaxtdakı matçı izləyən azarkeşlər oyunun sonunda daha iki qol görüb. Öncə meydan sahibləri hesabda önə keçməyi bacarsa da, Felipe Santosun ötürməsindən sonra Omar Hanı görüşdə son nöqtəni qoyub – 2:2. Xatırladaq ki, komandalar arasında cavab oyunu dekabrın 20-də Qəbələ şəhər stadionunda keçiriləcək.

 

“Qarabağ”

23. Luka Quqeşaşvili

5. Maksim Medvedev (k)

(44. Elvin Cəfərquliyev, 68)

55. Bədavi Hüseynov

4. Rahil Məmmədov

77. Ramil Şeydayev

18. İsmayıl İbrahimli

(2. Qara Qarayev, 88)

27. Toral Bayramov

22. Musa Qurbanlı

8. Marko Yankoviç

(20. Kadi Borqes, 68)

11. Kvabena Ovusu

(10. Abdullah Zubir, 68)

6. Julio Romao

(7. Riçard Almeyda, 80)

 

Ehtiyat oyunçular:

 

1. Şahruddin Məhəmmədəliyev

89. Amin Ramazanov

30. Abbas Hüseynov

13. Bəhlul Mustafazadə

90. Nəriman Axundzadə

 

Baş məşqçi: Qurban Qurbanov

 

“Qəbələ”

13. Kristof Atanqana

2. İlkin Qırtımov

(7. Rövlan Muradov, 63)

27. Məqsəd İsayev

28. Murad Musayev (k)

77. Emil Səfərov

91. Ramon Maçado

4. Ruan Renato

5. İsnik Alimi

97. Felipe Santos

6. Feras Abu Akal

10. Omar Hani

 

Ehtiyat oyunçular:

 

36. Elməddin Sultanov

11. Asif Məmmədov

34. Urfan Abbasov

14. Ülvi İsgəndərov

33. Hüseyn Mürsəlov

18. Mehrac Baxşalı

8. Andrey Strijak

 

Baş məşqçi: Elmar Baxşıyev