Kikboksinq yarışlarında Azərbaycanı və “Qəbələ” İdman Klubunu təmsil edən Pərviz Abdullayev növbəti döyüşünü keçirib. İdmançımız İtaliyanın Verona şəhərində reytinq xarakterli “Kunlun Fight Series” turnirinin döyüşləri çərçivəsində rinqə çıxıb. O, 73 kiloqram çəki dərəcəsində rumıniyalı Alexandru Popesku ilə üz-üzə gəlib.
Abdullayev bu döyüşdə inamlı qələbə qazanıb. Təmsilçimiz 2 dəqiqəyə rəqibini nokauta göndərməyi bacarıb. Kikboksinq üzrə beşqat dünya çempionu olan Abdullayev keçirdiyi 41-ci döyüşündə 38-ci dəfə qalib gəlib. O, bunların 13-də rəqibini nokautla məğlub etdi.